Bakı. Trend:
Əminəm ki, 2026-cı ildə TRIPP layihəsinin həyata keçirilməsi üzrə yerüstü işlərə başlanılacaq.
Trend Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi Partiyası”nın seçkiqabağı proqramını təqdim edərkən bildirib
“Əminəm ki, biz artıq 2026-cı ildə yerüstü işlərə başlayacağıq. Mənim hesablamalarıma görə, ən tez istismara verilə biləcək obyektlər elektrik ötürücü xətlər olacaq. Bu layihə həmçinin çoxlu sayda iş yeri yaradacaq və ümid edirəm ki, bu iş yerlərini Ermənistan vətəndaşları ilə təmin edəcəyik və şirkətlərin digər ölkələrdən işçi qüvvəsi cəlb etməsinə ehtiyac qalmayacaq”,- deyə Paşinyan bildirib.
Paşinyan eyni zamanda Gümrü–Türkiyə və Yerasx–Naxçıvan dəmir yolu sahələrinin yenidən qurulmasının çox qısa müddətdə, 1–1,5 il ərzində həyata keçiriləcəyinə əminliyini ifadə edib.
