Bakıda internat məktəbində baş verən yanğın nəzarətə götürüldü - BŞTİ

Gündəm Materials 22 Aprel 2026 10:20 (UTC +04:00)
Bakıda internat məktəbində baş verən yanğın nəzarətə götürüldü - BŞTİ
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 22-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin elektrik naqillərində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verib.

Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə dərhal məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.

İnternat məktəbindəki uşaqların və işçilərin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti