...

Dəniz blokadası qaldırılarsa, İranla razılaşma mümkün deyil - Tramp

Dünya xəbərləri Materials 22 Aprel 2026 07:20 (UTC +04:00)
Dəniz blokadası qaldırılarsa, İranla razılaşma mümkün deyil - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, dəniz blokadasının qaldırılması İranla mümkün razılaşmanın əldə olunmasını çətinləşdirə bilər.

Trend-in məlumatına görə, o, bu barədə “Truth Social” platformasında paylaşım edib: “İran Hörmüz boğazının bağlanmasını istəmir, onlar gündə 500 milyon dollar qazanmaq üçün onun açıq qalmasını istəyirlər. Onlar bildirirlər ki, yalnız mən onu tam bağladığım üçün bu addımı atmaq istəyirlər və beləliklə, sadəcə “nüfuzlarını qorumağa” çalışırlar”.

ABŞ Prezidenti əlavə edib: “Amma bunu etsək, İranla bağlı razılaşma heç vaxt baş tutmaya bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti