Prezident İlham Əliyev latviyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb

Siyasət Materials 22 Aprel 2026 13:23 (UTC +04:00)
Prezident İlham Əliyev latviyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti