...

Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlandı

Energetika Materials 21 Aprel 2026 19:48 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlandı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin mart ayında Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) vasitəsilə Türkiyə ərazisindən 16,412 milyon barel neft nəql olunub.

Bu barədə Trend Türkiyənin "BOTAŞ" şirkətinə istinadən məlumat verir.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin mart ayında bu göstərici 18,625 milyon barel təşkil edib. Beləliklə, nəql həcmi illik ifadədə təxminən 11,9 faiz azalıb.

2026-cı ilin yanvar-mart aylarında BTC vasitəsilə Türkiyə ərazisindən 47,354 milyon barel neft nəql olunub.

Xatırladaq ki, 2025-ci ildə BTC ilə Türkiyə ərazisindən ümumilikdə 206,434 milyon barel neft nəql edilib.

Müqayisə üçün, 2024-cü ildə bu göstərici 224,142 milyon barel olub. Beləliklə, nəql həcmi 7,9 faiz azalıb.

Qeyd edək ki, BTC Co.-nun səhmdarları aşağıdakılardır: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).

Müqayisə üçün, 2024-cü ildə bu göstərici 224,142 milyon barel olub. Beləliklə, nəql həcmi 7,9 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti