...

Azərbaycan və İndoneziya arasında hava nəqliyyatı əlaqələrinin gücləndirilməsi müzakirə edilib

İqtisadiyyat Materials 21 Aprel 2026 15:45 (UTC +04:00)
Azərbaycan və İndoneziya arasında hava nəqliyyatı əlaqələrinin gücləndirilməsi müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İndoneziya arasında hava nəqliyyatı əlaqələrinin gücləndirilməsi müzakirə edilib.

Trend xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə heyətinin sədri Samir Rzayev sosial şəbəkədəki hesabında bildirib.

"Bu gün İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüş keçirdik.

Görüş çərçivəsində AZAL-ın uzunmüddətli inkişaf strategiyası, xüsusilə donanmamızın genişləndirilməsi istiqamətində planlarımız barədə ətraflı məlumat təqdim etdik.

Eyni zamanda, Azərbaycan və İndoneziya arasında hava nəqliyyatı əlaqələrinin gücləndirilməsi və turist axınının artırılması mövzularını müzakirə etdik. AZAL ilə İndoneziyanın milli aviadaşıyıcısı “Garuda Indonesia” arasında əməkdaşlıq imkanlarını, eləcə də İndoneziyadan ziyarət məqsədilə səfər edən zəvvarlar üçün Bakının əlverişli tranzit mərkəz kimi rolunu nəzərdən keçirdik.

İnanıram ki, bu görüş ölkələrimiz arasında aviasiya sahəsində əməkdaşlığın inkişafına və yeni imkanların reallaşmasına mühüm töhfə verəcək.

Səfir Berlian Helmiyə məhsuldar müzakirəyə görə təşəkkür edirəm", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti