...

Şuşada daha 7 yeni bina tikiləcək – 29,4 milyon manat ayrıldı

İqtisadiyyat Materials 21 Aprel 2026 19:15 (UTC +04:00)
Şuşada daha 7 yeni bina tikiləcək – 29,4 milyon manat ayrıldı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Şuşada yeni yaşayış binalarının tikintisi ilə bağlı işlərə start verilir.

Trend-in məlumatına görə, yeni yaşayış binaları şəhərin D-3 massivində yerləşən 2-ci mərhələ üzrə aparılacaq.

Belə ki, həmin mərhələdə tikintisi nəzərdə tutulan yeni 7 yaşayış binasının tikinti işləri və ərazinin abadlaşdırlması işləri həyata keçiriləcək.

Məlumata əsasən, artıq bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi müvafiq işləri yekunlaşdırıb və “Diler İnşaat” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, görüləcək işlərin maliyyə dəyəri 29,4 milyon manat müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti