Bakı. Trend:
2025-ci ildə Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub.
Trend xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov bu gün rəhbərlik etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, ötən il bankın tarixində ilk sindikatlaşdırılmış kredit sazişi imzalanıb.
"Körfəz regionunun aparıcı bankı olan “Mashreq Bank”la əməkdaşlıq çərçivəsində Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub. Bank həmçinin, ötən il Özbəkistanın ən böyük IT ekosistemi ilə tərəfdaş olub. “Uzum” ekosisteminə daxil olan “MAKESENSE” şirkətinə 22 milyon ABŞ dolları həcmində sindikativ kredit ayırılıb. Bu əməkdaşlıqla Kapital Bank-ın tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat krediti ayrılıb", - sədr vurğulayıb.
