Bakı. Trend:
ABŞ-nin paytaxtı Vaşinqtonda metro xəttində sərnişin qatarının tuneldə texniki nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində azı 11 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.
Məlumata görə, qəza zamanı xəsarət alanların həyati təhlükəsi yoxdur.
İnsident yerli vaxtla gecə 12:00 radələrində baş verib. Xüsusi texnika gümüş xəttdə yerləşən stansiyalardan birində platforma qarşısında dayanan sərnişin qatarının arxa vaqonuna çırpılıb.
Məlumata gəsasən, hadisə vaxtı qatarda 27 nəfər olub. İnsidentin səbəbləri araşdırılır.
