Bakıda sinif yoldaşını yandıran şagird həbs edildi

Hadisə Materials 22 Aprel 2026 19:57 (UTC +04:00)
Bakıda sinif yoldaşını yandıran şagird həbs edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda sinif yoldaşının üzərinə spirt tökərək yandıran yeniyetmə barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

Trend xəbər verir ki, Yasamal Rayon Məhkəməsində təqdimata baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti