Metro xətləri üzrə fəaliyyət göstərən bütün marşrutlara əlavə avtobuslar cəlb olunub

Cəmiyyət Materials 22 Aprel 2026 17:00 (UTC +04:00)
Metro xətləri üzrə fəaliyyət göstərən bütün marşrutlara əlavə avtobuslar cəlb olunub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Metro xətləri üzrə fəaliyyət göstərən bütün şəhərdaxili marşrutlara əlavə avtobuslar cəlb olunub.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, xüsusilə sərnişin sıxlığının müşahidə olunduğu metronun “Elmlər Akademiyası”, "Nizami", “28 May”, "Gənclik", “20 Yanvar”, “Nəriman Nərimanov”, “Koroğlu", “Qara Qarayev”, “Neftçilər”, “Əhmədli” stansiyaları və şəhərin digər əsas istiqamətləri üzrə marşrutlara əlavə avtobusların cəlb olunması davam etdirilir.

Qeyd edək ki, ötən gün 12:10 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara giriş dayandırılıb. Bir saatdan sonra problem aradan qaldırılıb, stansiyalara giriş bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti