"Milan" "Bavariya"nın futbolçusuna təklif göndərdi

İdman Materials 23 Aprel 2026 00:37 (UTC +04:00)
"Milan" "Bavariya"nın futbolçusuna təklif göndərdi

Bakı. Trend:

Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Leon Qoretska karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Trend xəbər verir ki, "Milan" yayda azad agent statusunda olacaq almaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

"Rossonerilər" artıq Qoretska ilə ilk danışıqlara başlayıb. "Milan" 31 yaşlı futbolçuya illik 5 milyon avro maaş və 3 illik müqavilə təklif edib.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan Leon Qoretska bu mövsüm "Bavariya"nın heyətində meydana çıxdığı 41 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti