Livan-İsrail görüşündə ABŞ tərəfinin adları açıqlanıb

Dünya xəbərləri Materials 23 Aprel 2026 01:13 (UTC +04:00)
Livan-İsrail görüşündə ABŞ tərəfinin adları açıqlanıb

Bakı. Trend:

ABŞ Dövlət Departamentində Livan və İsrail rəsmiləri arasında aprelin 23-də keçiriləcək görüşdə iştirak edəcək ABŞ nümayəndə heyətinin adları açıqlanıb.

Trend xəbər verir ki, görüşdə Dövlət katibi Marko Rubio, müşavir Maykl Nidham, ABŞ-nin İsrail və Livandakı səfirləri, həmçinin bu ölkələrin ABŞ-dəki səfirləri iştirak edəcəklər.

Bu, iki ölkə arasında ABŞ-də keçirilən danışıqların ikinci mərhələsidir və görüş ötən cümə günü “Hizbullah” və İsrail arasında atəşkəs rejiminin qüvvəyə minməsindən sonra baş verir.

Xəbər lenti

Xəbər lenti