Qazaxıstan neft emalı sektorunda 15 milyard dollar investisiya cəlb etməyi planlaşdırır - PetroCouncil

İqtisadiyyat Materials 23 Aprel 2026 11:42 (UTC +04:00)
Qazaxıstan neft emalı sektorunda 15 milyard dollar investisiya cəlb etməyi planlaşdırır - PetroCouncil
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan yaxın beş il ərzində emal sektoruna təxminən 15 milyard dollar investisiya cəlb etməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən bunu Bakıda Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və Logistika üzrə İkinci Forumda çıxış edən Qazaxıstanın Neft və Qaz Şurasının (PetroCouncil) sədri Asılbek Cakiev bildirib.

“Bunların arasında illik 1,2 milyon ton istehsal gücünə malik, dəyəri 7,6 milyard dollar olan polietilen istehsalı layihəsi, həmçinin illik 900 min ton istehsal həcmi nəzərdə tutulan, dəyəri 1,1 milyard dollar olan butadien istehsalı layihəsi də var”, – deyə Cakiev qeyd edib.

Onun sözlərinə görə, strateji məsələ bu neft-kimya məhsullarının dünya bazarlarına necə çatdırılmasından ibarətdir.

“Bu baxımdan, şimal marşrutu yaxın 5–10 il ərzində məhdud qala bilər ki, bu da alternativ dəhlizlərin əhəmiyyətini artırır”, – deyə o bildirib.

Cakiev ixracın prioritet istiqamətləri arasında layihələrin maliyyələşdirilməsində Çin dövlət şirkətlərinin iştirakını nəzərə alaraq Çini, həmçinin Xəzər dənizi və Orta dəhliz vasitəsilə Azərbaycanı xüsusi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti