Deputat bölgələrdə yaşayan əhalinin gəlirlərini açıqladı

Cəmiyyət Materials 23 Aprel 2026 12:54 (UTC +04:00)
Deputat bölgələrdə yaşayan əhalinin gəlirlərini açıqladı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda əmək müqaviləsi ilə işləyənlərin artıq 45 faizi regionlarda çalışırlar.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentdə bu gün keçirilən “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfransda deyib.

Millət vəkili bildirib ki, ölkə üzrə əsas kapitala yönəldilmiş illik 22.1 milyard manatlıq investisiyaların 9.7 milyard manatı, yəni 44.0 faizi regionların payına düşür:

“Hazırda regionlarda 33 milyard manatdan çox ÜDM formalaşır. Eyni zamanda, ölkə üzrə 62.2 milyard manatlıq pərakəndə ticarət dövriyyəsinin 24.5 milyard manatı regionların payına düşür. Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin yarıdan çoxu artıq regionlarda yerləşib ki, bu da daxili turizimin inkişafı baxımından vacibdir”.

Deputat xatırladıb ki, 2024-cü ildə ölkə üzrə əmək müqaviləsi ilə çalışanların sayı 1 milyon 775 min nəfər olub:

“Onun 792 737 nəfəri regionlarda yaşayaraq fəaliyyət göstərirlər. Bu o deməkdir ki, əmək müqaviləsi ilə işləyənlərin artıq 45 faizi regionlarda çalışırlar. Regionlarda yaşayn əhalinin illik gəlirləri isə 32 milyard manatdan çox olub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti