İran limanlarına hücumlar Xəzər dənizinin ekologiyasına təhlükə yaradır – Səfir

Dünya xəbərləri Materials 23 Aprel 2026 13:03 (UTC +04:00)
İran limanlarına hücumlar Xəzər dənizinin ekologiyasına təhlükə yaradır – Səfir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-İsrailin hərbi əməliyyatları çərçivəsində İranın Xəzər dənizi sahilində yerləşən Bəndər-Ənzəli limanına edilən hücumlar, Xəzəryanı regionda sülhə və ticarət əməkdaşlığına təhlükə yaradır, həmçinin bu, su hövzəsinin ekoloji vəziyyətinə zərər vurur.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Qazaxıstandakı səfiri Əli Əkbər Coukar bildirib.

“Əfsuslar olsun ki, hərbi hücum nəticəsində İranın Xəzər dənizi sahilində yerləşən limanları da, o cümlədən liman infrastrukturu hədəfə alınıb. Ənzəlidə infrastruktur və ticarət gəmiləri qanunsuz və heç bir əsası olmayan hərbi hücumlara məruz qalıb. Bu addımlar təkcə Xəzər regionunda sülh və sabitliyi təhlükə altına qoymur, həm də ciddi ekoloji və humanitar nəticələr doğura bilər, eləcə də Xəzəryanı dövlətlər arasında ticarət və iqtisadi əməkdaşlığı poza bilər”, - o, Astanada keçirilən Regional Ekoloji Sammit çərçivəsində Xəzər məsələlərinə həsr olunmuş sessiyada çıxışı zamanı deyib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib. Bununla belə İrana qarşı tətbiq olunan dəniz blokadası qüvvədə saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti