Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Cəmiyyət Materials 23 Aprel 2026 16:37 (UTC +04:00)
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı.Trend:

Aprelin 24-25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətin məlumat yayıb.

Bildirilib ki, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağdam, Lerik, Yardımlı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Qusar, Xızı, Salyan, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti