Dövlət Neft Fondunun AÇG və Şahdəniz yatağları üzrə gəlirləri açıqlanıb

İqtisadiyyat Materials 23 Aprel 2026 15:03 (UTC +04:00)
Dövlət Neft Fondunun AÇG və Şahdəniz yatağları üzrə gəlirləri açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 milyard 803,1 milyon manat olub.

Trend bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən iliin eyni dövrü ilə müqayisədə 1,204 milyard manat və ya 1,7 dəfə azdır.

Dövr ərzində ARDNF mənfəət neftinin və qazın satışından 1 milyard 802,7 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 0,4 milyon manat gəlir əldə edib.

Sözügedən dövr ərzində ARDNF-yə Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 1 milyard 400,5 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 359,6 milyon manat məbləğində vəsait daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə AÇG-dən Fonda daxilomalar 30% azalıb, Şahdənizdən daxilomalar isə 2 dəfəyə yaxın artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti