Türkiyədə yaşı 15-dən aşağı olan uşaqların sosial şəbəkələrə girişi qadağan edilir

Dünya xəbərləri Materials 23 Aprel 2026 17:21 (UTC +04:00)
Türkiyədə yaşı 15-dən aşağı olan uşaqların sosial şəbəkələrə girişi qadağan edilir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Böyük Millət Məclisində yaşı 15-dən az olan uşaqların sosial şəbəkələrə girişini qadağan edən qanun qəbul olunub.

Trend bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

Qanun layihəsinə əsasən, 15 yaşdan kiçik şəxslər sosial şəbəkələrdə qeydiyyatdan keçə bilməyəcəklər. Sənəd rəqəmsal platformaları yaşın yoxlanılması sistemlərini qurmağa məcbur edir. Valideynlərə uşaqların ekran vaxtını və onlayn xərclərini idarə etmək üçün alətlər təqdim olunacaq.

Bundan başqa sosial şəbəkələr fövqəladə hallarda zərərli məzmun ortaya çıxdıqdan sonra bir saat ərzində müdaxilə etməli olacaqlar. Qanun Türkiyə hökumətinin rəsmi bülletenində dərc olunduqdan 6 ay sonra qüvvəyə minəcək.

15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə çıxışın qadağan edilməsi məsələsi daha bir neçə ölkədə də müzakirə olunur. Ötən həftə oxşar məhdudiyyətlər Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avstriya, Çexiya, Almaniya, Kipr, Yunanıstan, Niderland, İrlandiya, Polşa, Portuqaliya, Sloveniya, İtaliya və İspaniya daxil olmaqla on iki Avropa ölkəsinin liderləri tərəfindən nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti