Finlandiyada nüvə silahının idxalına və saxlanılmasına icazə verilə bilər

Dünya xəbərləri Materials 23 Aprel 2026 21:33 (UTC +04:00)
Finlandiyada nüvə silahının idxalına və saxlanılmasına icazə verilə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya hökuməti ölkə parlamentinə nüvə silahının idxalına, daşınmasına, çatdırılmasına və saxlanmasına icazə verilməsi ilə bağlı təşəbbüs irəli sürüb.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hökumət parlamentə "Atom enerjisi haqqında" qanuna və Finlandiyanın Cinayət Məcəlləsinə düzəlişlər edilməsini təklif edib.

Təklif olunan düzəlişlər səsverməyolu ilə təsdiqlənəcəyi təqdirdə Finlandiyanın müdafiəsi, NATO-nun kollektiv müdafiəsi və ya müdafiə əməkdaşlığı kontekstində nüvə silahının ölkəyə idxalına, daşınmasına, çatdırılmasına və saxlanmasına icazə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti