Gürcüstanda yanacaq qiymətləri 46 faizdən çox artıb – "SOCAR Georgia"

İqtisadiyyat Materials 23 Aprel 2026 20:08 (UTC +04:00)
Gürcüstanda yanacaq qiymətləri 46 faizdən çox artıb – "SOCAR Georgia"
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Demək olar ki, yanacaq idxalından tam asılı olan Gürcüstan, dünya bazarlarında neft və neft məhsullarının bahalaşması fonunda daxili qiymətlərin 46 faizdən dən çox artması ilə üzləşib.

Trend xəbər verir ki, bunu "SOCAR Georgia Petroleum"un kommersiya şöbəsinin rəhbəri Mirza Şavqulidze Bakıda keçirilən Xəzər və Mərkəzi Asiya regionlarında İkinci Neft Logistikası və Ticarət Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bazarın inkişafı ilə birlikdə həll tələb edən sistemli məhdudiyyətlər aydın şəkildə üzə çıxıb.

“Bunlara dəmir yolu vaqonlarının çatışmazlığı, neft məhsullarının saxlanması üçün məhdud imkanlar, eləcə də tranzit axınlarının təsiri (nisbətən az olsa da) daxildir”, – deyə o qeyd edib.

Şavqulidze vurğulayıb ki, Gürcüstanın Xəzər və Qara dəniz arasında yerləşməsi böyük tranzit potensialı yaradır.

“Gürcüstanın Xəzər və Qara dənizlər arasında strateji mövqeyi neft və neft məhsullarının tranziti üçün unikal imkanlar açır. Lakin bu potensialın reallaşdırılması üçün mövcud logistika ‘darboğazları’nı aradan qaldırmaq — ilk növbədə vaqon parkını artırmaq və anbar güclərini genişləndirmək lazımdır”, — deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti