Bakı. Trend:
Türkiyə Qran-prisi 2027-ci il mövsümündən etibarən yenidən Formula 1 Dünya Çempionatı təqviminə daxil ediləcək.
Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə respublika prezidentinin administrasiyası məlumat verib.
“Türkiyə Qran-prisinin Formula 1 təqviminə qayıdışı ölkəmizin idmana olan ehtirasının və inamının qələbəsidir. Ən azı növbəti beş il ərzində Istanbul Park trasında keçiriləcək yarışlar İstanbulun beynəlxalq mövqeyini möhkəmləndirəcək və ölkəmizin regionda təhlükəsiz məkan olduğunu göstərəcək”,- deyə Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib.
Layihənin təqdimatı aprelin 24-də İstanbulda baş tutub. Tədbir çərçivəsində “Formula-1” bolidi şəhər küçələrində nümayiş yürüşü həyata keçirib. Müqavilə beş il müddətinə — 2027-ci ildən 2031-ci ilə qədər bağlanıb.
