“Bavariya”nın finaldakı rəqibi müəyyənləşib - Almaniya Kuboku

İdman Materials 24 Aprel 2026 01:57 (UTC +04:00)
“Bavariya”nın finaldakı rəqibi müəyyənləşib - Almaniya Kuboku

Bakı. Trend:

Futbol üzrə Almaniya Kubokunda ikinci finalçı da bəlli olub.

Trend-in məlumatına görə, yarımfinalda "Frayburq"a 2:1 hesabı ilə qalib gələn "Ştutqart" həlledici görüşə vəsiqə qazanıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 119-cu dəqiqədə vurulan qolla qələbə qazanan "Ştutqart" finalda "Bavariya"nın rəqibi olub.

Qeyd edək ki, Almaniya Kubokunda həlledici qarşılaşma mayın 23-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti