Yaponiyada güclü meşə yanğınları: minlərlə insan təxliyə olunur (FOTO)

Dünya xəbərləri Materials 24 Aprel 2026 11:20 (UTC +04:00)
Yaponiyada güclü meşə yanğınları: minlərlə insan təxliyə olunur (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaponiyanın şimal-şərqində yerləşən İvate prefekturasında baş verən meşə yanğınları artıq 430 hektardan çox meşə zolağını əhatə edib.

Trend xarici mediaya istinadən xəbər verir ki, barədə Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara jurnalistlərə bildirib.

“Bu gün səhər saat 8-ə olan məlumata görə, yanğın Otsuti qəsəbəsinin Kotsuti rayonunda təxminən 105 hektar, Kirikiri rayonunda isə təxminən 326 hektar ərazini əhatə edib”, – deyə o qeyd edib.

Kihara həmçinin bildirib ki, hazırda bir zərərçəkən barədə məlumat var – yerli sakin evakuasiya məntəqəsində yıxılaraq yüngül xəsarət alıb.

Məlumata görə, meşə yanğınları ilə əlaqədar 2500-dən çox sakin üçün təxliyə xəbərdarlığı edilib. Hadisə yerində yanğınsöndürənlər Özünümüdafiə Qüvvələrinin hərbçilərinin dəstəyi ilə alovla mübarizəni davam etdirirlər.

Yanğınsöndürmə əməliyyatlarına xüsusi helikopterlər cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti