Bakı. Trend:
Küveyt ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri ilk dəfə hava məkanını açıb.
Trend-in məlumatına görə, bu barədə "KUNA" agentliyi xəbər verib.
"Küveyt Beynəlxalq Hava Limanının hava məkanı, bölgədəki vəziyyətlə əlaqədar olaraq 28 fevraldan bəri hava nəqliyyatının müvəqqəti olaraq dayandırılmasından sonra cümə axşamı günü yenidən açılıb", - deyə Mülki Aviasiya Administrasiyasının baş direktoru Hamud Mübarək bildirib.
Onun sözlərinə görə, bu addım "aeroportun qarşıdakı dövrdə tam fəaliyyət göstərməsinə hazırlıq məqsədilə hava nəqliyyatının tədricən bərpası üçün yaxşı düşünülmüş mərhələli planın bir hissəsidir".
