Bakı. Trend:
Aralıq dənizində yerli vaxtla saat 22:49-da 4,9 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə məlumat Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin veb-saytında yer alıb.
Zəlzələnin Muğlanın Datça rayonundan 267 kilometr aralıda, 8.58 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.