Tramp Uitkoff və Kuşnerin Pakistana səfərini ləğv edib

Dünya xəbərləri Materials 25 Aprel 2026 21:05 (UTC +04:00)
Tramp Uitkoff və Kuşnerin Pakistana səfərini ləğv edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "Fox News" televiziya kanalına müsahibəsində Ayşə Hesniyə deyib.

Jurnalist qeyd edib ki, telefon danışığı zamanı Tramp ona Uitkoff və Kuşnerin Pakistana səfərini birtərəfli şəkildə ləğv etdiyini deyib.

"Bir müddət əvvəl, onlar getməyə hazırlaşarkən öz adamlarıma dedim: "Xeyr, ora çatmaq üçün 18 saatlıq təyyarə ilə getmək lazım deyil. Bütün kartlar bizdədir. Onlar istədikləri vaxt bizə zəng edə bilərlər. Amma artıq boş şeylər haqqında danışmaq üçün 18 saatlıq uçuşlara minməyəcəksiniz", - deyə D.Tramp bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti