Şirvanda qanunsuz çətənə əkini: iki nəfər həbs edilib (VİDEO)

Gündəm Materials 25 Aprel 2026 10:38 (UTC +04:00)
Şirvanda qanunsuz çətənə əkini: iki nəfər həbs edilib (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Tren:

Şirvanda çətənə kolları yetişdirən iki nəfər saxlanılıb

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şəhriyar Aslanlı və Salman Həsənov saxlanılıblar.

Əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydalarla qulluq edilərək yetişdirilmiş 52 ədəd çətənə kolu aşkarlanıb.

Ş.Aslanlı və S.Həsənovun çətənə kollarını ötən ay əkərək xüsusi qulluq göstərdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti