Sabah hava necə olacaq?

Cəmiyyət Materials 25 Aprel 2026 12:54 (UTC +04:00)
Sabah hava necə olacaq?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8 dərəcədən 11 dərəcəyədək, gündüz 15 dərəcədən 18 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7 dərəcədən 11 dərəcəyədək, gündüz 19 dərəcədən 24 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən 5 dərəcəyədək, gündüz 8 dərəcədən 13 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti