Almaniya Hörmüzə hərbi gəmilərini göndərib

Dünya xəbərləri Materials 25 Aprel 2026 12:02 (UTC +04:00)
Almaniya Hörmüzə hərbi gəmilərini göndərib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya hökuməti Bundestaqın icazəsindən sonra Hörmüz boğazında operativ yerləşdirmə məqsədilə hərbi-dəniz bölmələrini əvvəlcədən Aralıq dənizinə göndərib.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə nazirliyinin rəhbəri Boris Pistorius yerli qəzetə müsahibəsində deyib.

“Vaxta qənaət etmək üçün qərara gəldik ki, Almaniyanın bəzi bölmələrini əvvəlcədən Aralıq dənizinə göndərək ki, Bundestaqın mandatı təsdiqləməsindən sonra əlavə vaxt itirməyək”,- Pistorius qeyd edib.

O qeyd edir ki, Aralıq dənizinə minaaxtaran gəmi və maddi-texniki təchizat gəmisini göndərilib.

Pistoriusun sözlərinə görə, Bundestaqın mandatı çox qısa müddətdə əldə oluna bilər.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti