ABŞ BƏƏ-yə 12 ədəd F/A-18C/D qırıcıdan ibarət eskadrilya yerləşdirib

Dünya xəbərləri Materials 25 Aprel 2026 07:43 (UTC +04:00)
ABŞ BƏƏ-yə 12 ədəd F/A-18C/D qırıcıdan ibarət eskadrilya yerləşdirib

Bakı. Trend:

ABŞ Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən Əl-Dəfra Hava Bazasına Dəniz Piyada Korpusuna məxsus 12 ədəd F/A-18C/D qırıcıdan ibarət eskadrilya yerləşdirib.

Trend xəbər verir ki, bu barədə Hərbi Hava İzləmə Alyansı məlumat yayıb.

Məlumata görə, təyyarələr əvvəlcə Portuqaliyanın Azor adalarındakı Lajes hava bazasına eniş edib, daha sonra BƏƏ-yə göndərilib.

Əl-Dəfra bazası İran sahillərinə yaxın strateji mövqedə yerləşir.

Xəbər lenti

Xəbər lenti