“Ryanair” “Lufthansa”dan 200 milyon avro tələb edib

Dünya xəbərləri Materials 25 Aprel 2026 08:22 (UTC +04:00)
“Ryanair” “Lufthansa”dan 200 milyon avro tələb edib

Bakı. Trend:

Almaniyanın “Lufthansa” aviaşirkəti Avropa məhkəməsində “Ryanair” ilə mübahisədə apellyasiyanı uduzub.

Trend xəbər verir ki, məhkəmə Avropa Komissiyasının pandemiya dövründə “Lufthansa”ya verilən dövlət yardımını qanunsuz sayan əvvəlki qərarı qüvvədə saxlayıb.

“Ryanair” bu qərarı müsbət qiymətləndirərək şirkətdən 200 milyon avronun geri ödənilməsini tələb edib. Bildirilir ki, Almaniya hökumətinin ayırdığı maliyyə yardımı bazarda rəqabət mühitinə mənfi təsir göstərib.

“Lufthansa” isə açıqlamasında qeyd edib ki, qəbul olunan qərarı nəzərə alır və Avropa Komissiyası ilə aparılan araşdırma çərçivəsində prosesdə iştirakını davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti