Premyer Liqanın 29-cu turu başlayır

İdman Materials 25 Aprel 2026 12:21 (UTC +04:00)
Premyer Liqanın 29-cu turu başlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.

Trend xəbər verir ki, günün ilk oyununda "İmişli" "Sumqayıt"ı qəbul edəcək.

Quba Olimpiya İdman Kompleksində təşkil olunacaq görüş saat 16:00-da başlayacaq. Qonaqlar 35 xalla 7-ci, nominal meydan sahibləri isə 29 xalla 9-cu yerdədir.

Günün son görüşündə "Qəbələ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Matç saat 18:30-da start götürəcək. Naxçıvan klubu 39 xalla 6-cı, "Qəbələ" isə 19 xalla 11-ci yerdədir.

Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti