Bakı. Trend:
İran xarici işlər naziri Seyid Abbas Əraqçi İslamabada səfəri çərçivəsində Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munirlə görüşüb.
Bu barədə Trend İran Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Görüşdə İran və ABŞ arasında atəşkəs, ABŞ və İsrailin İrana
qarşı hərbi hava hücumlarının dayandırılması, eləcə də Qərbi
Asiyada sülh və sabitliyin möhkələndirilməsi üzrə fikir mübadiləsi
aparılıb.
İran xarici işlər naziri Seyid Abbas Əraqçi Pakistan dövləti,
xüsusilə də baş komandan, feldmarşal Asim Munirin atəkəsin bərpa
olunması və müharibəyə son qoyulması üzrə dəyərli səylərini
alqışlayıb və bununla əlaqədar İranın mövqeyini bəyan edib.
Görüşdə Pakistan ordusunun baş komandanı Asim Munir də diplomatik prosesin irəlilədilməsi məqsədilə Pakistana etimad etdiyinə görə, İran tərəfinə təşəkkürünü bildirib və nəticə əldə olunana qədər Pakistanın vasitəçilik səylərinin davam etdirilməsinə hazır olduğunu qeyd edib.
xxx
10:00
İran xarici işlər naziri Seyid Abbas Əraqçi İslamabada səfəri çərçivəsində Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munirlə görüşüb.
Bu barədə Trend İran Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, görüşdə maraq doğuran məsələlər haqda fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib.
