Gələn həftə bu ərazilərə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 25 Aprel 2026 15:08 (UTC +04:00)
Gələn həftə bu ərazilərə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 27-si gündüzdən 28-i gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti