Starmer Leyboristlərin 2029-cu il parlament seçkilərində qələbə qazana biləcəyini bildirib

Dünya xəbərləri Materials 26 Aprel 2026 10:03 (UTC +04:00)
Starmer Leyboristlərin 2029-cu il parlament seçkilərində qələbə qazana biləcəyini bildirib

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer hesab edir ki, onun rəhbərlik etdiyi Leyboristlər Partiyası növbəti ümumi seçkilərdə qalib gələ bilər.

Trend xəbər verir ki, o, “The Sunday Times” qəzetinə verdiyi müsahibədə 2029-cu ildə keçirilməsi planlaşdırılan seçkilərdə partiyaya rəhbərlik edib-etməyəcəyi ilə bağlı suala müsbət cavab verib.

“Bəli”, – deyə Starmer bildirib. Onun sözlərinə görə, “düşünürəm ki, biz qalib gələ bilərik. Bu, çox mühüm ümumi seçki olacaq. Britaniyalı olmağın nə demək olduğu sualının ön plana çıxacağı bir seçki olacaq”.

O əlavə edib ki, bu seçki tolerantlıq dəyərləri ilə “yaşa və başqasına da yaşamağa imkan ver” prinsipi arasında seçim xarakteri daşıyacaq.

Eyni zamanda, Britaniya mediası son vaxtlar Baş nazirin yaxın çevrəsində belə onun siyasi gələcəyi və səlahiyyət müddəti bitmədən istefa verə biləcəyi ilə bağlı şübhələrin artdığını yazır.

Müxalifət partiyaları isə Böyük Britaniyanın ABŞ-dəki səfiri Peter Mandelsonun amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə görə Starmerin istefasını tələb edirlər. Onların iddiasına görə, Baş nazir parlamenti çaşdırıb. 2025-ci ildə Starmer təyinat proseduruna əməl olunduğunu bildirsə də, keçmiş xarici işlər naziri Olli Robbins daha sonra Baş nazirlik aparatından mümkün təzyiqlər barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti