Qazaxıstanda Azərbaycanın enerji keçidində oynadığı rolu diqqətə çatdırılıb (FOTO)

İqtisadiyyat Materials 26 Aprel 2026 12:23 (UTC +04:00)
Qazaxıstanda Azərbaycanın enerji keçidində oynadığı rolu diqqətə çatdırılıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

22-24 aprel tarixlərində "SOCAR Green"nin Baş direktorunun müşaviri Elnar Mehdizadə və Günəş və Külək Enerjisi üzrə baş ekspert Əli Cəfərov Qazaxıstanın Astana şəhərində keçirilən "RES 2026 EXPO" sərgisində iştirak ediblər.

Trend bu barədə "SOCAR Green"ə istinadən xəbər verir.

"RES 2026 EXPO" çərçivəsində təşkil olunmuş "Green Investment Forum" zamanı Elnar Mehdizadə çıxış edərək "SOCAR Green"in bərpa olunan enerji layihələri, dekarbonizasiya hədəfləri və davamlı, aşağı karbonlu gələcəyin qurulmasına yönəlmiş strateji tərəfdaşlıqlar vasitəsilə Azərbaycanın enerji keçidində oynadığı rolu diqqətə çatdırıb.

Tədbir qlobal tərəfdaşlarla əlaqələrin qurulması, investisiya imkanlarının müzakirəsi və təmiz enerjiyə keçidin sürətləndirilməsinə töhfə vermək üçün mühüm platforma rolunu oynayıb.

Xəbər lenti

Xəbər lenti