"Milan" ilə "Yuventus" heç-heçə edib - İtaliya A Seriyası

İdman Materials 27 Aprel 2026 01:44 (UTC +04:00)
"Milan" ilə "Yuventus" heç-heçə edib - İtaliya A Seriyası

Bakı. Trend:

İtaliya A Seriyasının XXXIV turunda "Milan" "Yuventus"u qəbul edib.

Trend-in məlumatına görə, turun mərkəzi oyununda qapılara qol vurulmayıb.

Bu nəticədən sonra "Milan" 67 xalla 3-cü, "Yuventus" isə 64 xalla 4-cü pillədə qərarlaşıb.

Bu tur lider "İnter" də xal itkisi ilə üzləşib. "Torino"nun qonağı olan Milan təmsilçisi hesabda 2 top fərqi ilə öndə olsa da, qələbəni əldən verib - 2:2.

"İnter" 79 xalla turnir cədvəlinə başçılıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti