Somali sahillərində yük gəmisi ələ keçirilib

Dünya xəbərləri Materials 27 Aprel 2026 08:39 (UTC +04:00)

Bakı. Trend:

Somalinin Qarakad şəhərindən altı dəniz mili şimal-şərqdə yük gəmisi ələ keçirilib.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) xəbər verib.

"UKMTO Somalinin Qarakad şəhərindən altı dəniz mili şimal-şərqdə baş verən hadisə barədə məlumat alıb", - deyə bildirilib.

Naməlum şəxslərin yük gəmisini qaçıraraq Somali ərazi sularına doğru getdiyi iddia edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti