Bakı. Trend:
28 aprel saat 00:00-dan etibarən paytaxtın Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissəsində ("Ulduz" metrostansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yoları Dövlət
Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə
olacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaq, əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmək xahiş olunur", - məlumatda qeyd olunub.
