Bakı. Trend:
Baş nazir Əli Əsədov daxili yanacaq bazarında sabitliyin təmin edilməsi və fasiləsiz təchizatın qorunması məqsədilə qərar qəbul imzalayıb.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların yeni aksiz dərəcələri aşağıdakı kimi olacaq:
|
2710 12 413 0 |
mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə |
1 ton üçün 200 manat (2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat) |
|
2710 12 510 1 |
mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə |
1 ton üçün 200 manat (2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat) |
|
2710 19 421 1 – 2710 19 480 9 |
digər qazoyllar, o cümlədən dizel yanacağı |
1 ton üçün 80 manat (2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat) |
Bununla da, 01 may 2026-cı il – 31 mart 2027-ci il tarixlərində idxal olunan Aİ-92 markalı benzin və dizel yanacağı üzrə aksiz vergisi müvəqqəti olaraq hər ton üçün 1 manat səviyyəsində müəyyən edilib.
Həmçinin, 01 may 2026-cı il tarixindən 31 mart 2027-ci il tarixinədək Aİ-92 markalı benzin və dizel yanacağının idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcəsi 0 faiz müəyyən edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 2026-cı il 1 may – 2027-ci il 31 mart tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 205 min ton və 201 min ton yuxarı hədd müəyyən edilib.
