AzTV komandası Efiopiyada: yeni sənədli filmin çəkilişindən görüntülər

Cəmiyyət Materials 27 Aprel 2026 17:16 (UTC +04:00)
AzTV komandası Efiopiyada: yeni sənədli filmin çəkilişindən görüntülər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AzTV komandası Afrikanın ən qədim müstəqil dövlətlərindən biri olan Efiopiyada sənədli film çəkilişlərini uğurla başa çatdırıb. Layihə çərçivəsində bu qədim ölkənin həm müasir urbanizasiya prosesləri, həm də ənənəvi həyat tərzi geniş şəkildə araşdırılıb.

Bu barədə Trend-ə AzTV-dən məlumat verilib.

Bildirilib ki, çəkilişlər paytaxt Əddis Ababada gedən urbanizasiya prosesinin müsbət və mənfi tərəflərini əhatə edir. Sürətlə inkişaf edən şəhər mühiti fonunda sosial dəyişikliklər, şəhərsalma problemləri və yeni həyat tərzi diqqət mərkəzində saxlanılıb.

Eyni zamanda, AzTV komandası Efiopiyanın cənub-qərbində yerləşən Aşağı Omo Vadisində, Cənubi Sudan sərhədinə yaxın ərazilərdə yaşayan yerli etnik qrupların həyatını lentə alıb. Xüsusilə Mursi qəbiləsinin gündəlik yaşayışı, adət-ənənələri və mədəni xüsusiyyətləri sənədli filmdə əks olunub.

AzTV-nin hazırladığı bu sənədli film Efiopiyanın zəngin tarixi, rəngarəng mədəniyyəti və müasir inkişaf dinamikasını tamaşaçılara daha yaxından təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti