Bakı.Trend:
Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 9 dərəcədən 13 dərəcəyədək, gündüz 13 dərəcədən 16 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 8 dərəcədən12 dərəcəyədək, gündüz 15 dərəcədən 20 dərəcəyədək, dağlarda gecə 2 dərəcədən 7 dərəcəyədək, gündüz 7 dərəcədən 12 dərəcəyədək olacaq.
