Normativ standartlar təkmilləşdiriləcək - Emil Azadəliyev

Cəmiyyət Materials 27 Aprel 2026 11:15 (UTC +04:00)
Normativ standartlar təkmilləşdiriləcək - Emil Azadəliyev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Normativ standartların təkmilləşdirilməsi üzrə siyahı müəyyən olunub. Təkmilləşdirməyə beş gün gec və ya tez nail olunacaq.

Trend xəbər verir ki, bunu Nazirlər Kabinetinin Sənaye və Energetika Şöbəsinin baş məsləhətçisi Emil Azadəliyev Texniki normativlərin təkmilləşdirilməsi üzrə dəyirmi masada çıxışı zamanı deyib.

"Bütün dövlət qurumları, o cümlədən Nazirlər Kabineti bu prosesi dəstəkləyir və koordinasiyalı fəaliyyətin təşkili istiqamətində mühüm rol oynayırlar.

Hər hansı qurum və ya komissiya normativ hüquqi aktlarda mövcud boşluqlarla bağlı müvafiq təşəbbüslə çıxış edir. Bu təşəbbüslər əsasında qiymətləndirmələr aparılır, normativ boşluqların ətraf mühitə, insan həyatına və digər sahələrə təsirləri təhlil edilir. Eyni zamanda həmin boşluqların sahibkarlıq subyektlərinə təsiri də müəyyənləşdirilir", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti