Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada güclü qar çovğunu yerli hava limanlarından uçuş həyata keçirən aviaşirkətlərin qrafiklərində dəyişikliklərə səbəb olub.
Trend bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Məlumata görə, aprelin 26-dan 27-nə keçən gecə 50-dən çox təyyarə paytaxtda qalıb. Onlar əlverişsiz hava şəraiti, güclü qar yağıntısı və görünüş məsafəsinin min metrdən az olması səbəbindən uça bilməyib.
Hazırda Vnukovo Airport hava limanında reyslər təxirə salınır.
“Bu reyslərin sərnişinləri təyyarələrdən endirilib və terminalda hava şəraitinin yaxşılaşmasını gözləyirlər”,- hava limanının mətbuat xidməti bildirib.
Qeyd olunur ki, uçuşları gecikdirilən sərnişinlərə “Federal Aviasiya Qaydaları” çərçivəsində zəruri xidmətlər göstərilir.
Qeyd edək ki, ötən gün Moskvaya bir gün ərzində aylıq yağıntı normasının yarısı düşüb. Meteoroloqun proqnozuna əsasən, qar yağıntısı mayın əvəllərinə qədər səngiməyəcək.
