Bakı. Trend:
ABŞ və Yaponiya hakimiyyəti bir il ərzində ikili təyinatlı məhsulların hazırlanması və istehsalı üçün dövlət-özəl əməkdaşlıq mexanizmini işə salmaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verib.
İstehsalın Amerika texnologiyasından istifadə edərək Yaponiya sənaye şirkətləri tərəfindən həyata keçiriləcəyi gözlənilir. Bildirilib ki, Yaponiya hökuməti bu yaxınlarda silah ixracına qoyulan qadağanı ləğv edərkən və silahlı münaqişələrdə iştirak edən ölkələr üçün istisnalar tətbiq edərkən ilk növbədə ABŞ-ı nəzərdə tutmuşdu.
