Bakı. Trend:
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulacaq.
Trend xəbər verir ki, sonuncu oyun günündə iki matç keçiriləcək.
“Turan Tovuz” Tovuz şəhər stadionunda, saat 18:00-da “Zirə”ni qəbul edəcək.
“Karvan-Yevlax” “Bank Respublika Arena”da, saat 20:00-da başlayacaq oyunda “Sabah”ın qonağı olacaq.
Qeyd edək ki, “Sabah” 69 xalla 1-ci, “Turan Tovuz” 55 xalla 3-cü, “Zirə” 45 xalla 4-cü, “Karvan-Yevlax” isə 14 xalla sonuncu, 12-ci sırada qərarlaşıb.
