Bakıda qarşıdakı onillik üçün əsas inkişaf prioritetləri müəyyənləşdiriləcək - Katerina Bezqaçina

Siyasət Materials 27 Aprel 2026 12:00 (UTC +04:00)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində qarşıdakı onillik üçün əsas inkişaf prioritetlərinin müəyyənləşdirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) kommunikasiya üzrə direktoru Katerina Bezqaçina WUF13-ə hazırlıq çərçivəsində ADA Universitetində təşkil olunmuş media nümayəndələri üçün məlumatlandırma sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, WUF13 həmçinin dayanıqlı şəhərsalma və inklüziv şəhər mühitinin yaradılması sahəsində mühüm qərarların hazırlanması üçün platforma olacaq.

Dünyanın bir çox ölkələrindən olan nümayəndələrin toplaşaraq şəhərlərin inkişafı ilə bağlı aktual çağırışları və perspektivləri müzakirə edəcəklər.

K.Bezqaçina qeyd edib ki, forumun əsas mövzusu “Dünyanı mənzillə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” olacaq. Müzakirələr məhz bu məsələlər ətrafında cəmlənəcək:

“Mövzu təsadüfən seçilməyib. Bu gün dünya məskunlaşma və mənzil təminatı sahəsində ciddi böhranla üz-üzədir. Sürətli urbanizasiya, iqlim dəyişiklikləri və artan sosial bərabərsizlik şəhər inkişafı üçün yeni çağırışlar formalaşdırır.”

“Mövzunun seçimi təsadüfi deyil. Bu gün dünya məskunlaşma və mənzil təminatı sahəsində ciddi böhranla üz-üzədir. Sürətli urbanizasiya, iqlim dəyişiklikləri və artan sosial bərabərsizlik şəhər inkişafı üçün yeni çağırışlar formalaşdırır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti