Bakı. Trend:
"PAŞA Bank" ətraf mühitin qorunması istiqamətində təşəbbüslərini
davam etdirir. Bank 24 apreldə Azərbaycan Banklar Assosiasiyasının
(ABA) təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasına qoşulub.
Aksiya Müşfiqabad qəsəbəsində baş tutub. "PAŞA Bank" heyətinin də
qatıldığı bu aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim
şəraitinə uyğun olaraq 1 hektar sahədə 625 ədəd Eldar şamı və
zeytun ağacı əkilib.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanan memorandum çərçivəsində keçirilib.

"PAŞA Bank" Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində ölkənin müxtəlif regionlarında, o cümlədən azad olunmuş ərazilərdə təbiətin bərpası və Bakı çimərliklərinin təmizlənməsi kimi ekoloji layihələr həyata keçirib. Bank 2023-cü ildən BMT Qlobal Sazişinə qoşularaq dayanıqlı inkişaf istiqamətində fəaliyyətini genişləndirir. 2024–2026-cı illəri əhatə edən KSM strategiyası Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun qurulub və bu çərçivədə iqlim dəyişikliyinin nəticələri ilə mübarizə əsas prioritetlərdən biridir.

