Bakı. Trend:
Texniki reqlamentlərin siyahısını əhatə edən layihə hazırlanıb.
Trend xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin hüquq şöbəsinin müdiri Akif Əfəndiyev "Texniki normativlərin təkmilləşdirilməsi üzrə "Dəyirmi masa"da çıxışı zamanı deyib.
O bildirib ki, hazırda Kordinasiya Komissiyasının prioritet məsələlərindən biri monitorinq qrupunun təkmilləşdirilməsidir: "İndiyə qədər Nazirlət Kabintetinin təsdiq etdiyi 20-yə yaxın normativ hüquqi aktın qəbulu istiqamətində layihələrin hazırlanması prosesi həyata keçirilir. Eyni zamanda texniki reqlamentlərin hazırlanması işləri görülür. Bu barədə dövlət qrumlarında kifayət qədər məlumat var. Texniki reqlamentlər üzrə siyahı razılaşdırılması üçün dövlət qurumlarına göndərilib. Artıq layihə forması razılaşdırılıb".
O əlavə edib ki, nəzarət orqanı təkbaşına bu istiqamətləri müəyyənləşdirə bilməz. Bu istiqamətdə vahid dövlət reyesterinin aparılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində məsələlər öz həllini tapır.
